Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 0,4% azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 0,4% azalıb
# 06 noyabr 2012 14:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,4% azalıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 99,1% təşkil edib.

Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,9% azalıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1% artıb.

Oktyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102,4% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 13,0%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 6,0%, tikinti məmulatlarının istehsalı üzrə 1,2%, geyim istehsalı üzrə 0,4%, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1% azalıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 9,1%, metallurgiya sənayesi üzrə 7,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,4%, neft məhsullarının istehsalı üzrə 4,2%, mebel istehsalı üzrə 3,2%, qida məhsullarının istehsalı üzrə 2,5%, tütün məmulatlarının istehsalı üzrə 2,2%, maşın və avadanlıqların istehsalı üzrə 0,8%, poliqrafiya fəaliyyəti üzrə 0,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4%, avtomobil və qoşquların istehsalı üzrə 0,2%, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1% artıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,4% azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR