Bank Of Baku

Azərbaycan yeraltı qaz anbarının həcmini artırır

Azərbaycan yeraltı qaz anbarının həcmini artırır
# 07 noyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qaradağ və Qalmaz yeraltı qaz saxlama anbarlarında olublar. Əvvəlcə Qalmaz yeraltı qaz saxlama anbarına baş çəkən ARDNŞ prezidenti burada yeni quraşdırılmış qazpaylayıcı məntəqəsinin açılışında iştirak edib.

Qeyd olunub ki, «Qalmaz» yatağın şimal-qərb hissəsi 1975-ci ildən Qalmaz yeraltı qaz saxlama anbarı kimi istifadə olunur. Dövlət Neft Şirkətinin tərkibinə verildikdən bu yatağa il ərzində 500 mln. kubmetr qaz vurulurdu. Yeraltı qaz anbarı ARDNŞ tərkibinə verildikdən sonra aparılan kompleks yenidənqurma və tikinti işləri nəticəsində yatağa vurulan qazın həcmi 2 dəfə artırılıb. Kompressor stansiyasında istismar olunan kompressorların sayı artırılaraq 18-ə çatdırılıb. Anbarlara vurulan qazın sutkalıq həcmi 4 mln. kubmetrdən 8,5 mln. kubmetrə çatdırılıb.

Budan sonra Qaradağ yeraltı qaz saxlama anbarına gələn ARDNŞ prezidenti burada qazılması nəzərdə tutulan 477 saylı quyuda aparılan hazırlıq işlərin gedişi ilə tanış olub. Ümumilikdə, ARDNŞ prezidenti R.Abdullayev qeyd edib ki, əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə yeraltı qaz anbarının tutumunun genişləndirilməsi üçün, yeni texnika və texnologiyanın tətbiqi Dövlət Neft Şirkəti qarşısında duran prioritet məsələlərdən biridir.

O bildirib ki, ölkə prezidenti İlham Əliyev ARDNŞ qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Qaradağ qaz anbarının aktiv qaz həcminin ilk mərhələdə 3 mlrd. kubmetrə, sonrakı mərhələdə isə 5 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.

ARDNŞ prezidenti ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan qaz hasilatı, qazın nəqletmə infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonrada davam etdiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR