Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti TANAP layihəsindəki 29% payını üç xarici şirkətə təklif edib

Azərbaycan Dövlət Neft Şirkəti TANAP layihəsindəki 29% payını üç xarici şirkətə təklif edib
# 07 noyabr 2012 10:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin «BOTAŞ» və TPAO şirkətləri isə birlikdə 20% paya malik olub: «ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni «Şahdəniz» Konsorsiumundakı tərəfdaşlarına - BP, «Statoil» və «Total» şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və «Statoil» bu layihədə hərəyə 12%, «Total» şirkəti isə 5% pay əldə etmək niyyətindədir».

Qeyd edək ki, Azərbaycanda hasil olunan qazın Avropa bazarına çıxarılması üçün nəzərdə tutulan TANAP qaz kəmərinin tikintisi işlərinə 2013-cü ildə başlanacaq. İnşaat işlərinin 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Yəni, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi işə düşəndə buradan çıxarılan qazın nəqli üçün TANAP kəməri hazır olacaq. Gələcəkdə digər yataqlardan çıxarılan qazın nəqlini də təmin etmək üçün TANAP kəmərinin nəqletmə imkanları genişləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR