ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 96 ABŞ dollarından 94,85 dollaradək azaldıb.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 85,68 dollar (öncəki proqnoz – 87,41 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 79,39 dollar (öncəki proqnoz – 76,09 dollar), WTI-nın isə 74,39 dollar (öncəki proqnoz – 72,43 dollar) olacaq.
Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.