Bank Of Baku

Ağdam rayonu üzrə sənaye istehsalı 1 mlrd. manata yaxınlaşır

Ağdam rayonu üzrə sənaye istehsalı 1 mlrd. manata yaxınlaşır
# 20 noyabr 2026 09:20 (UTC +04:00)

2020-ci il noyabrın 20-də işğaldan azad edilən Ağdam rayonunda bərpa və quruculuq işləri ilə yanaşı, iqtisadi fəaliyyət də davam edir.

“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Ağdam rayonunun sosial-iqtisadi inkişafına dair açıqladığı məlumatda bildirilir.

Məlumata görə, 2026-cı ilin yanvar–oktyabr aylarında rayonda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub.

Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

Bundan əlavə, 2026-cı ilin yanvar–sentyabr aylarında Ağdam rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370 min manat investisiya yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR