Avropa ölkələri gələcəkdə Rusiya ilə hərbi risklərin azaldılması və təhlükəsizlik sahəsində şəffaflığın təmin edilməsi məsələlərini müzakirə etməli olacaqlar.
APA xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz Berlində keçirilən “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Kansler Rusiyanın 2021-ci ilin dekabrında Avropanın təhlükəsizliyi ilə bağlı irəli sürdüyü tələbləri qeyri-real adlandırıb.
“Rusiyanın 2021-ci ilin dekabrında irəli sürdüyü maksimalist tələblər qeyri-realdır. Müvafiq vaxtda Moskva ilə hərbi rabitə kanalları vasitəsilə risklərin azaldılması və şəffaflıq barədə danışmaq lazım gələcək. Bu, hər iki tərəfin maraqlarına uyğundur”, – kansler bildirib.