Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb
# 23 aprel 2024 11:27 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 62,12%-ə çatıb, bu da son beş ilin bu tarixə olan orta göstəricidən 17,67 faiz bənd çoxdur.

Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 68 mlrd. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR