Bank Of Baku

Antonio Tajani: SOCAR-ın qərarı İtaliyada benzinin və dizelin qiymətinin sabit saxlanmasına imkan verib

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani

© APA | İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani

# 23 noyabr 2026 11:50 (UTC +04:00)

SOCAR-ın qərarı İtaliyada benzinin və dizelin qiymətinin sabit saxlanmasına imkan verib.

APA xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır və iki ölkə arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması vacibdir.

Antonio Tajani Azərbaycanın İtaliyanın enerji təminatındakı rolunu xüsusi vurğulayıb. O, SOCAR-ın İtaliyada yanacağın qiymətinin artmasının qarşısını almaq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

Nazir qeyd edib ki, SOCAR benzinin və dizelin qiymətinə müəyyən hədd qoymaq qərarı qəbul edib. Bu addım İtaliya vətəndaşlarının yanacaqdoldurma məntəqələrində yanacağı daha əlverişli qiymətə əldə etməsinə imkan yaradıb.

“Bu, yüksək qiymətləndirdiyimiz bir siqnaldır. Biz bunu Prezidentə, nazirə və SOCAR-dakı tərəfdaşlarımıza da bildirmişik. Bizim üçün bu, təkcə iqtisadi siyasət deyil, həm də dostluq və qarşılıqlı etimadın göstəricisidir”, – deyə A. Tajani bildirib.

İtaliyalı nazir əlavə edib ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan və İtaliya əməkdaşlığı davam etdirməli, xüsusilə enerji və xammal təminatı sahələrində birgə fəaliyyətlərini genişləndirməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR