Bank Of Baku

Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq

"Roketsan" Şirkərinin Baş direktoru Murad İkinci

© APA | "Roketsan" Şirkərinin Baş direktoru Murad İkinci

# 07 iyul 2026 17:19 (UTC +04:00)

Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq.

Bunu APA-nın Ankaraya ezam olunmuş əməkdaşına açıqlamasında "Roketsan" Şirkərinin Baş direktoru Murad İkinci deyib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi investisiya layihəsi çərçivəsində raket istehsalı sahəsinə ciddi töhfə verəcək yeni müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.

Baş direktor "Roketsan"ın eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.

“Azərbaycan bizim qardaş ölkəmizdir. Biz "Roketsan" olaraq burada çox ciddi müdafiə sənayesi layihələrini həyata keçirməyə çalışırıq. Hazırda davam etdirdiyimiz bir investisiya layihəmiz var. Bu investisiya ilə Azərbaycanda raket istehsalı sahəsində çox ciddi töhfə verəcək bir müəssisəni istifadəyə verəcəyik.

Bir çox şirkətlə əməkdaşlıq edirik. Burada istehsal olunan məhsulların oxşarlarının Azərbaycanda hazırlanmasını təmin edəcək, eyni zamanda azərbaycanlı gənc mühəndislərin və texniki mütəxəssislərin yetişməsinə xidmət edəcək infrastruktur formalaşdırırıq”, - Murad İkinci qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR