Bank Of Baku

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və propan göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və propan göndərilib
# 22 avqust 2026 11:23 (UTC +04:00)

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, çəkisi 630 ton olan 9 vaqon buğda və çəkisi 36 ton olan 1 vaqon propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR