Bank Of Baku

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
# 15 iyul 2026 15:50 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 385 852,83 min ABŞ dolları dəyərində 486 643,62 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə, həcmi isə 73% çox olub.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR