İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdük.
Azərbaycan - Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ortaq iqtisadi maraqlarımızın reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladıq,"- paylaşımda qeyd olunub.