Bakı Neft Emalı Zavodunun fəaliyyəti gələn il dayandırılacaq

Bakı Neft Emalı Zavodunun fəaliyyəti gələn il dayandırılacaq
# 30 noyabr 2023 12:14 (UTC +04:00)

SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətini növbəti planlı təmir üçün 2024-cü ildə dayandıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.

"Məqsədimiz bu müddəti daha da uzatmaqdır", - Emil Alxaslı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR