“Brent” neftinin qiyməti ucuzlaşıb

“Brent” neftinin qiyməti ucuzlaşıb
# 04 iyun 2024 07:56 (UTC +04:00)

Dünya bazarında neftin qiyməti 0,36% ucuzlaşıb.

APA xəbər verir ki, “Brent” markalı neftin bir barelinin dəyəri fevralın əvvəlindən bəri ilk dəfə 78 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 04:39-a olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36% azalaraq bir barel üçün 77,84 dollar təşkil edib.

Qərbi Texas markalı neftin dəyəri iyul fyuçersləri 0,74% ucuzlaşaraq 73,67 dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR