Bank Of Baku

Əhali bu il avtomobil yanacağına 850 mln. manatdan çox vəsait xərcləyib

Əhali bu il avtomobil yanacağına 850 mln. manatdan çox vəsait xərcləyib
# 11 aprel 2025 15:34 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 853,6 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 6,9% üstələyib.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR