Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurası yaradılacaq

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurası yaradılacaq
# 25 may 2024 11:49 (UTC +04:00)

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurasının və alt işçi qrupları yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2024-cü il 1 iyul -1 noyabr tarixlərində Koordinasiya Şurasının və alt işçi qrupların yaradılmasını və Koordinasiya

Şurası və alt işçi qrupları tərəfindən elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı işlərin aparılmasını təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR