Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq

Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
# 25 may 2024 12:11 (UTC +04:00)

İkinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi bazar operatoru yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə 2025-ci il 1 iyul – 31 dekabr müddətində bununla bağlı hüquqi akt layihəsinin təqdim olunmasını təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR