Bank Of Baku

Qazaxıstan neft-qaz-kimya məhsullarının istehsalını iki dəfə artırmağı planlaşdırır

Qazaxıstan neft-qaz-kimya məhsullarının istehsalını iki dəfə artırmağı planlaşdırır
# 03 aprel 2026 11:07 (UTC +04:00)

Qazaxıstan növbəti beş il ərzində neft-qaz-kimya məhsullarının istehsalını demək olar ki, iki dəfə artırmağı planlaşdırır. Sektorun inkişafında əsas istiqamət xammal yönümlü modeldən yüksək əlavə dəyərli məhsulların istehsalına keçiddir.

Bu barədə “APA-Economics” Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sahə sabit müsbət dinamika nümayiş etdirir. Belə ki, neft-qaz-kimya məhsullarının istehsal həcmi 2023-cü ildə 358 min ton olduğu halda, 2025-ci ildə 619 min tona yüksəlmişdir və 2030-cu il üçün bu göstəricinin 1 220 min tona çatdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, neft-qaz-kimya sahəsinin 2030-cu ilə qədər inkişafına dair Yol Xəritəsi çərçivəsində dörd əsas flaqman layihə üzrə ümumi investisiya həcmi 12 mlrd. ABŞ dolları təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR