SOCAR diqqətini yeni neft yataqlarının işlənilməsinə yönəldəcək

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

© APA | SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

# 04 iyun 2024 15:59 (UTC +04:00)

Ölkədə neft hasilatının azalmasının qarşısının alınması məqsədləri çərçivəsində "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda istehsalatın aşağı düşmə templərini stabilləşdirmək əsas hədəfdir.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Stereotipləri qıraraq: Enerji həllərinin formalaşdırılması" paneli çərçivəsində bildirib.

"Birinci bizim hədəfimiz - azalma tempini stabilləşdirmək və ondan sonra bir müddət onu saxlamaqdır", - Babək Hüseynov qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan məqsədlərə çatdıqdan sonra SOCAR öz diqqətini yeni yataqların ("Qarabağ" yatağı-red.) işlənilməsinə yönəltməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR