SOCAR Xəzər dənizində ilk dəfə #Günəşli yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb.
"Azneft" İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.
Qeyd olunur ki, bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.