SOCAR-ın Kulevidə yerləşən neft terminalı ötürmə gücünü iki dəfə artıra bilib.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya edərkən Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən Gürcüstanda yerləşən "Blach Sea Terminal"ın (SOCAR-ın Qara denizin sahilində yerləşən terminalı) Baş direktoru İsmayıl Kərimov bildirib.
Onun sözlərinə görə, qeyd olunan göstərici 27/7 iş rejiminə keçiddən sonra mümkün olub.
"Keçən ilin sonuna qədər gecə naviqasiyası zamanı terminalın tutumu yox idi, lakin yerli dəniz nəqliyyatı agentliyi ilə sıx koordinasiya ilə 24-7 naviqasiya imkanı əldə edə bilmirdi. Gecə naviqasiyasına başlamaq üçün bütün tələblərini yerinə yetirə bildik. Bundan əvvəl liman yalnız gündüz gəmiləri yükləməyə və ya boşaltmağa icazə verirdi", - İsmayıl Kərimov qeyd edib.
Onun sözlərinə görə, Kulevi terminalında hər birinin tutumu 20 min kubmetr (ümumilikdə 80 min kubmetr) olan dörd yeni saxlama çəninin tikintisi bir il yarım ərzində başa çatacaq.
“İnvestisiya təxminən 25 milyon dollar təşkil edib və bu, üçüncü tərəf investorlarının iştirakı olmadan tamamilə SOCAR Kulevi Terminalının öz vəsaiti olub. İşlər artıq başlayıb və tamamlanma müddəti təxminən 14 aydır (rəsmiləşdirmə üçün bir neçə ay vaxt lazımdır). Buna görə də, bir il yarım ərzində əlavə 80 min kubmetr tutum əldə edəcəyik”, - deyə İsmayıl Kərimov vurğulayıb.
O əlavə edib ki, terminalın hazırkı saxlama tutumu 407 min kubmetrdir.