Bank Of Baku

“Holcim” şirkətinin Məşğulluq-Məsləhət Mərkəzinə 1000-dən çox müraciət olub

“Holcim” şirkətinin Məşğulluq-Məsləhət Mərkəzinə 1000-dən çox müraciət olub
# 23 aprel 2013 07:43 (UTC +04:00)

Bakı – APA-Economics. Məşğulluğun artırılması və insanların sosial-iqtisadi həyatının inkişafına dəstək olmaq üçün Qaradağ rayonunda “Holcim (Azərbaycan)” şirkətinin Məşğulluq-Məsləhət Mərkəzi böyük rol oynayır.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu Mərkəz bir sıra vacib xidmətləri həyata keçirir: karyera planlaşdırılması, tərcümeyi-halın düzgün yazılması, əmək bazarı və vakant işlərlə bağlı məlumatın yayımı, seminar və təlimlər, eyni zamanda dövlət sosial xidmətindən yararlanmaq üçün gərəkli məsləhətlər.

 

Yarandığı 2011-ci ilin avqust ayından etibarən Məşğulluq Mərkəzində 1000 nəfər Qaradağ rayon sakininə karyera inkişafı ilə bağlı xidmət göstərilib, o cümlədən 800 nəfərə yaxın sakin təlimdən keçib, 60 nəfərdən çox dövlət sosial xidmətlərindən yararlanıb və 140-dan artıq yerli sakinə iş tapılıb.

 

Dövlət və özəl şirkətləri arasında yeni iş yerləri aparıcı tikinti, inşaat materialları, neft və qaz, avtomobil, təmizlik və digər sahələrdə olmuşdur. O da qeyd olunmalıdır ki, işə qəbul olunanlar sadəcə Qaradağ rayonunda deyil, bütün ölkə üzrədir.

 

“Holcim (Azərbaycan)” şirkəti Qaradağ rayonu sakinlərinə daim dəstək olmaqla onların yaşayış səviyyəsinin artırılmasında müsbət rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR