Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də 6 quyu qazılacaq.
APA-Economics”in xəbərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, bu, 2-3 il müddətində olacaq.
R.Abdullayev deyib ki, “Neft Daşları”nda yeni proqram həyata keçirilir: “Artıq neftin stabilləşməsi deyil, neft hasilatını artırmaq proqramı gedir. Bunun üçün bizə stabil enerji lazımdır və biz artıq onun mənbə məsələsini də həll etdik”.