Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də mədən geofizika ekspedisiyası üçün yeni meydança və inzibati bina istifadəyə verilib.
“APA-Economics”in xəbər verdiyi kimi, obyektlərin açılışında ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxış edib.
Qeyd edək ki, iki mərtəbəli inzibatı binanın ümumi sahəsi 1,8 min kvadrat metr təşkil edir. İstifadə verilən obyektlərin tikintisinə 2012-ci ilin noyabrında başlanıb. Binada quyu cihazlarının təmir sexi, rəhbər və mühəndis texniki işçilərin iş otaqları, arxiv fondu, emal otaqları yerləşir. Bundan başqa, nəqliyyat və xüsusi texnika, radioaktiv və partlayıcı maddələrin saxlanması anbarları tikilib.