Bank Of Baku

“Neft Daşları”nda yeni qaz turbin elektrik stansiyası istifadəyə verilib - FOTO

“Neft Daşları”nda yeni qaz turbin elektrik stansiyası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 10 iyul 2013 08:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də qaz turbin elektrik stansiyasının açılışı olub.

 

APA-Economics”in məlumatına görə, bu, sayca ikinci qaz turbin elektrik stansiyasıdır. Stansiyanı “Neftqaztikinti” trestinin 7 saylı tikinti quraşdırma idarəsi tikib.

 

Tikinti işlərinə rəhbərlik edən Baxış Ağayev “APA-Economics”ə bildirib ki, layihəyə ABŞ-ın “Solar” şirkəti avadanlıq verib, İtaliyanın “Renco” firması isə layihəni icra edib. Layihənin tam tikinti quraşdırma işini isə “Neftqaztikinti” trestinin 7 nömrəli tikinti quraşdırma idarəsi həyata keçirib: “Birinci stansiya sovet dövründən qalma stansiya idi, bu isə sayca ikinci idarədir. Stansiya dünya standartlarına tam cavab verəcək. Layihəyə 86 mln. manat vəsait yatırılıb. İkinci qaz turbin elektrik stansiyasıdır 2 650 kvadrat metri əhatə edəcək və bu gündən istismara başlayacaq”.


Qeyd edək ki, stansiya dənizdə “Günəşli” və “Neft daşları” yatağını tam şəkildə enerji ilə təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR