«APA-Economics»in xəbər verdiyi kimi, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bəyan edib.
R.Abdullayevin sözlərinə görə, proqram iki mərhələdən ibarət olacaq və 2014-2024-cü illəri və 2024-cü ildən sazişin tam başa çatanadək olan müddətləri əhatə edəcək.
R.Abdullayev bildirib ki, hazırda AÇG-də neft hasilatının həcmi gündə 95 min tona bərabərdir, bu da illik 33 mln. ton deməkdir və normal göstəricidir.