Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatın sabitləşdirilməsi üçün görüləcək tədbirlər açıqlanıb

«Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatın sabitləşdirilməsi üçün görüləcək tədbirlər açıqlanıb
# 05 iyun 2013 09:23 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «BP-Azerbaijan» şirkəti «Azəri-Çıraq-Günəşli» (AÇQ) yataqlar blokunda hasilatın sabitləşdirilməsi üçün nəzərdə tutulan tədbirləri - 7 əsas fəaliyyət istiqamətini açıqlayıb. Bura, yeni quyuların qazılması, laylarda təzyiqin azalmasının idarə olunması, quyuların idarə edilməsi və sistemin optimallaşdırılması, lay suları və qumların idarə edilməsi və s. aiddir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında «BP-Azerbaijan»ın prezidenti Qordon Birrel bildirib.

 

Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi üçün iri məbləğdə investisiyalar tələb olunur. Bu sahələrə 2013-cü ildə və sonrakı dövrdə hasilatın sabitləşdirilməsini dəstəkləmək üçün mühüm əhəmiyyət kəsb edir və həlledici əhəmiyyət daşıyır.

 

«BP-Azerbaijan» rəhbəri bildirib ki, indiyədək görülmüş tədbirlər nəticəsində ilin əvvəlindən indiyədək «Azəri-Çıraq-Günəşli» yataqlarında hasilat sabitləşdirilib və hazırda orta gündəlik neft hasilatı 666 min barel təşkil edir. Lakin hasilatı təhlükəsiz və etibarlı şəkildə davam etdirmək məqsədilə BP növbəti ildən başlayaraq qurğularında müntəzəm texniki xidmət və profilaktik işlər aparmağı planlaşdırır: «Bu hallar bizim sənayedə geniş yayılan təcrübədir və dövrü profilaktik xidmət neft və qaz sənayesində danılmaz faktdır. Onlar hasilata qısa müddətdə təsir edir, aşağı salır, amma əməliyyatların uzunmüddətli olmasına yardım edir və uzun müddətə yaxşı nəticələri təmin edir. Bütün dünyada 40-dan artıq nəhəng yatağın operatoru və dünya miqyaslı təcrübəyə malik olan BP şirkəti olaraq inanırıq ki, bu nəhəng yatağın işlənməsinin optimallaşdırılması şirkətimizin texnologiyalarından istifadə olunması ilə sıx bağlıdır».


«Bir daha vurğulamaq istəyirəm ki, hasilatın sabitləşdirilməsi və layın bitirmə əmsalının optimallaşdırılması üzrə düzgün planlar tərtib edilib. Həmçinin, Xəzərə indiyədək gətirdiyimiz və bunddan sonra da gətirməyə davam edəcəyimiz müvafiq texnologiyaları tətbiq edəriksə və bunlar lay təzyiqinin tükənməsi üzrə optimal işləmə planları ilə birlikdə görülərsə, AÇQ dünya səviyyəli yataq kimi qarşıdakı illərdə də Azərbaycana və tərəfdaşlarına töhfə verəcək», - deyə Q.Birrel vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR