Bakı. Nicat Mustafayev – APA-Economics. Son bir il ərzində dünya bazarlarında «Azeri Light» tipli xam neftin qiyməti 3% azalıb.
«APA-Economics»in məlumatına görə, əgər ötən ilin fevral ayında «Azeri Light» tipli xam neftin 1 barelinin qiyməti 121,83 ABŞ dolları təşkil edirdisə, cari ilin fevral ayında qiymət 118,23 dollar olub. Bu ilin yanvar ayı ilə müqayisədə isə «Azeri Light» neftinin qiyməti 3,4% artıb. Belə ki, yanvar ayında sözügedən neftin 1 bareli 114,38 dollara satılıb.
Bundan başqa, fevralda «Brent» tipli xam neftin 1 bareli 116,28 dollara, «Urals» nefti isə 114,51 dollara satılıb. Cari ilin yanvar ayı ilə müqayisədə bu tipli xam neftin qiyməti müvafiq olaraq 3% və 2,6% artıb. İllik müqayisədə «Brent» nefti 2,7%, «Urals» nefti isə 3,7% ucuzlaşıb.