Bank Of Baku

Samuxda yük maşını çaya aşıb, 1 nəfər suda boğularaq ölüb, 2 nəfər xilas edilib

Samuxda yük maşını çaya aşıb, 1 nəfər suda boğularaq ölüb, 2 nəfər xilas edilib
# 01 iyul 2026 19:06 (UTC +04:00)

Samuxda "MAZ" çaya aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR