Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ölkə üzrə 4 430,3 km uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 km uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 20 588 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 19 508,1 km-i regionların payına düşür. Bakı şəhəri üzrə bu rəqəm 897,2 km, magistral qaz kəmərləri üzrə isə 182,7 km təşkil edir.
Bu dövrdə əsaslı təmir edilmiş qaz kəmərlərinin ümumi uzunluğu 6 878, 8 km olub. Bunun 2 846,2 km-i regionların, 3 891 km Bakı şəhərinin, 141,6 km-i magistral qaz kəmərlərinin payına düşür.