Bank Of Baku

«Garasu Oil»un işçiləri aksiya keçiriblər

«Garasu Oil»un işçiləri aksiya keçiriblər
# 21 fevral 2013 12:38 (UTC +04:00)

 

Şirvan. Əlibəy Zeynallı - APA. «Garasu Oil» əməliyyat şirkətinin fəhlələri aksiya keçiriblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna «Garasu Oil» şirkətində işləyən neftçilər məlumat veriblər.

 

Onların bildirdiyinə görə, bu gün saat 07:00 radələrində «Garasu Oil»un 200 nəfərdən çox neftçisi işə çıxmaqdan imtina edib və şirkətin ofisinin qarşısına toplaşaraq şirkətin prezidenti Aleksandr Narbutovskix ilə görüşmək istəyiblər. Aksiya saat 11:00-a qədər davam edib.

 

Fəhlələr prezidentlə görüşdükdən sonra iş yerlərinə qayıdıblar. Neftçilərin tələbləri əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Onlar bildiriblər ki, artıq 6 ildir neftçilərin əksəriyyəti 240-300 manat civarında  əmək haqqı alır və bu, onları qane etmir. Həmçinin bildirilib ki, fəhlələri daşıyan nəqliyyat vasitələri ilə iş yerinə çətinliklə gələ bilirlər.

 

APA-nın «Garasu Oil»un prezidenti A.Narbutovskixlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb. Şirkəti digər rəsmiləri də APA-nın suallarını cavablandırmayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR