Bank Of Baku

«Mineral» şirkəti ölçmə vasitələrinə görə 4 min manat cərimələnib - FOTO

«Mineral» şirkəti ölçmə vasitələrinə görə 4 min manat cərimələnib - <span style="color: red;">FOTO
# 28 iyun 2013 10:22 (UTC +04:00)

Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı yolu 18-ci km ünvanında fəaliyyət göstərən Elxan Fətəliyevə məxsus «Mineral» MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Komitənin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics» verilən məlumata görə, portlandsement və beton qarışığı istehsalı ilə məşğul olan müəssisədə aparılmış araşdırma zamanı müəyyən olunub ki,  istehsal zamanı istismar olunan 33 ədəd müxtəlif ölçmə vasitəsinin heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib. Bu isə «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanunun (maddə 11.1) və QOST 8.513-84 dövlətlərarası standartın tələblərinə ziddir.

 

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisənin rəhbərinə ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi üçün istismardan çıxarılması barədə tələbnamə verilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.12-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və «Mineral» MMC 4 000 manat məbləğində cərimə olunub. Müəssisədə istehsal olunan «PS400 D20» markalı portlandsementdən nümunə götürülüb və sınaqların aparılması üçün laboratoriyaya təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR