Bank Of Baku

«Nabucco» və TANAP arasında əməkdaşlıq memorandumu imzalanıb

«Nabucco» və TANAP arasında əməkdaşlıq memorandumu imzalanıb
# 04 mart 2013 12:11 (UTC +04:00)

«Nabucco Gas Pipeline International GmbH.» konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, bu memorandumla hər iki tərəf Cənub Qaz Dəhlizinin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi sürətdə bəyan edib.

 

Memoranduma əsasən, «Nabucco» və TANAP texniki və digər strateji məlumat mübadiləsi aparacaq və onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq edəcək.

 

Sənəddə həmçinin qeyd olunub ki, Avropa Birliyi və Cənub-Şərqi Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.

 

«Nabucco Gas Pipeline International GmbH.» konsorsiumunun icraçı direktoru Reynhard Mitçekın sözlərinə görə, memorandum Cənub Qaz Dəhlizinin iki ayrılmaz hissəsinin əlaqəsindən bəhs etməklə, Avropaya qaz təchizatının diversifikasiyası uğrunda birgə məqsədə daha bir addım yaxınlaşdırır: «Memorandum hər iki layihənin uğurla davam etməsi məqsədilə həyat əhəmiyyətli məlumatın və işlərin bölüşdürülməsi üçün qarşılıqlı çərçivə yaradır».

 

Konsorsiumun maliyyə işləri üzrə baş direktoru Frank Sibertin sözlərinə görə, növbəti aylarda «Şahdəniz» qazı ilə Avropa istehlakçıları arasında mövcud olan qiymətlər zəncirinin bütün tərkib hissələri bütün pay sahiblərinin maksimum kommersiya qazancını əldə etməsi məqsədilə layihə proqramlarını bir xətt üzrə düzmək üçün birlikdə çalışacaqlar və bu anlaşma memorandumu bu prosesdə əhəmiyyətli addımdır.

 

Qeyd edək ki, «Nabucco» boru kəmərinin Xəzər dənizi regionunun qaz ehtiyatlarının Türkiyə-Bolqarıstan sərhədindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Baumqartendə yerləşən Mərkəzi Avropa Qaz Mərkəzinə götürəcəyi planlaşdırılır. Cənub Qaz Dəhlizinin mərkəzi elementi kimi «Nabucco» inkişaf etməkdə olan Cənub-Şərqi Avropa iqtisadiyyatının 500 mln.-dan çox istehlakçısına, oradan isə Qərbi Avropaya qaz təchizatının diversifikasiya edilməsi üçün mükəmməl coğrafi mövqeyə malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR