Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti keçən ay 12 224 metr qazma işi görüb

 Azərbaycan Dövlət Neft Şirkəti keçən ay 12 224 metr qazma işi görüb
# 04 iyul 2013 13:59 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) bu ilin iyun ayı ərzində 12 224 metr qazma işi həyata keçirib. ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 11 022 metri istismara, 1 202 metri isə kəşfiyyata aid olub.

 

Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83 334 metr qazma işi görülüb ki, bunun da 78 098 metri istismara, 5 236 metri kəşfiyyata aid olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR