Bank Of Baku

Azərbaycanda fərdi evlər üçün alternativ enerji qurğuları kreditlə satılacaq

 Azərbaycanda fərdi evlər üçün alternativ enerji qurğuları kreditlə satılacaq
# 03 iyun 2013 12:09 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fərdi yaşayış evlərinə alternativ enerji qurğularının quraşdırılması üçün ev sahiblərinə aşağı faizlərlə uzunmüddətli kreditlər veriləcək.

 

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu məsələ hazırda Nazirlər Kabinetində baxılmaqda olan Alternativ və bərpa olunan enerjinin inkişafı üzrə Strategiyada nəzərdə tutulub: «Strategiyaya əsasən, həmin kreditlərin dövlət tərəfindən verilməsi planlaşdırılır».

 

Sədr müavini bildirib ki, hazırda sənədlə bağlı aparılan qurumlararası müzakirələr demək olar ki, başa çatıb: «Layihə ilə bağlı bütün dövlət orqanlarının rəyi alınıb».

 

C.Məlikovun sözlərinə görə, strategiyaya əsasən, 2020-ci ilədək ölkədə istehsal edilən enerjinin 20%-nin alternativ və bərpa olunan mənbələr hesabına istehsal olunması gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR