«APA-Economics»in IFC-yə istinadən verdiyi məlumata görə, artıq avqustun 12-də Korporasiyanın Direktorlar Şurasının kreditin ayrılmasını təsdiqləyəcəyi gözlənilir. IFC tərəfindən neft emalı zavodunun inşasına 150 mln. ABŞ dolları məbləğində kreditin ayrılması nəzərdə tutulur. Bununla yanaşı, IFC daha 150 mln. dollar həcmində vəsaiti kommersiya banklarından cəlb edilməsinə yardım göstərəcək.
Qeyd edək ki, «STAR Rafineri A.S.» neft emalı zavodunun inşası 5,3 mlrd. dollar məbləğində qiymətləndirilir. ARDNŞ zavodun inşası üçün artıq Avropa Yenidənqurma və İnkişaf Bankından (150 mln. dollar) və Qara Dəniz Ticarət və İnkişaf Bankından (58 mln. dollar) kredit cəlb edib.
Xatırladaq ki, «