Bank Of Baku

Rusiyanın “Sakhalin Energy” şirkəti Bakıda keçiriləcək Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

 Rusiyanın “Sakhalin Energy” şirkəti Bakıda keçiriləcək Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək
# 27 may 2013 11:18 (UTC +04:00)

Şirkətin baş ofisindən “APA-Economics”ə bildirilib ki, sərgidə “Sakhalin Energy”nin öz stendi olacaq.

 

Sərgidə iştirak etməkdə məqsəd vakant vəzifələrə ən azı 5 il iş təcrübəsinə malik texniki mütəxəssislər tapmaqdır. Vakansiyalarla şirkətin veb-saytının «Vakansiyalar» bölümündə tanış olmaq olar. Həmçinin, şirkət haqqında video-çarxla tanış olmaq mümkündür: «Sərgiyə gəlin və şirkətimizin nümayəndələri ilə görüşün, sizi maraqlandıran sualları verin, istəsəniz, hətta müsahibədə də iştirak edə bilərsiz».

 

Qeyd edək ki, 1994-cü ildə yaradılan “Sakhalin Energy” şirkəti Rusiya Federasiya ilə imzalanan sazişə əsasən “Saxalin-2” layihəsini həyata keçirir. Layihə Oxot dənizinin şelfində yerləşən Piltun-Astox neft yatağı və Lunsk qaz yatağının işlənməsini nəzərdə tutur. 2007-ci ilin aprel ayından etibarən layihədə «Qazprom» şirkətinin payı 50% + 1 səhm, «Shell»in - 27,5%, «Mitsui»nin - 12,5%, «Mitsubishi»nin payı isə 10% təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR