Bakı. Real Cəfərli – APA. ABŞ administrasiyası 9 ölkəni İrana qarşı tətbiq etdiyi birtərəfli neft sanksiyasından azad edib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi məlumat verib.
Mənbə Barak Obama kabinetinin qərarını bu ölkələrin İrandan neft alışını azaltması ilə izah edib. ABŞ administrasiyası Çin, Hindistan, Cənubi Koreya, Şri-Lanka, Malayziya, Sinqapur, Tayvan, Türkiyə və Cənubi Afrikanı İrana qarşı neft sanksiyasından azad edilmiş ölkələr siyahısına daxil edib.