Bakı – APA-Economics. Bu gün Bakı şəhərinin Xəzər və Binəqədi rayonları, həmçinin Abşeron və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-in «Azəriqaz» İB-dan verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, mayın 31-də saat 10:00-dan 18:00-dək «Xırdalan», «Qazax», «Ağköynək» qazpaylayıcı stansiyalarından, «Alatava» qazpaylayıcı stansiyasından qidalanan «Tbilisi prospekti» orta təzyiqli qaz kəmərində, «Şimal DRES» qazpaylayıcı stansiyasından qidalanan «Şüvəlan» orta təzyiqli qaz kəmərində, həmçinin «Buzovna 1-97» qaztənzimləyici məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Xırdalan şəhərinə, Qazax şəhərinə, Xəzər rayonunun Buzovna və Şüvəlan qəsəbələrinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.