Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayı ərzində 2 milyon 674 min 619 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu barədə “APA-Economics”ə Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Bu həcmin 1 milyon 692 min 333 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 9 millyon 668 min 408 ton olub. Ötən ilin eyni dövrünə nisbətən Ceyhan limanından dünya bazarına çıxarılan neftin həcmi 4,1% azalıb.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il may ayının 1-nə qədər Ceyhan limanından 213 milyon 335 min 62 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.