«APA-Economics»in məlumatına görə, forum hər il Xəzər-Avropa Klubunun (CEIBC) yığıncağı formatında təşkil olunur.
Konfransın proqramı bir günə hesablanıb və iki hissədən ibarət olacaq. Konfransın birinci hissəsində neft-qaz, energetika və ekologiya sahələrinə, ikinci hissəsi isə qeyri-neft sektoruna (maliyyə bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və s. sahələrinin inkişafı məsələlərinə) həsr olunacaq. Hər bir sessiya mühazirələrdən və müzakirələrdən ibarət olacaq.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, top-menecerlər, Xəzər-Qara dəniz bölgəsi və Avropa Birliyi ölkələrindən ekspertlərin iştirakı nəzərdə tutulub.