Bank Of Baku

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub
# 24 sentyabr 2026 16:53 (UTC +04:00)

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Görüşdə DİN rəhbəri diplomata qurumun prioritet istiqamətləri və həyata keçirilən islahatlar barədə məlumat verib.

Tərəflər iki ölkə arasında mövcud olan sıx və dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıblar, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında səmərəli və effektiv əməkdaşlığa xüsusi diqqət yetiriblər.

Müzakirələr zamanı əlaqələrin gələcək perspektivləri də nəzərdən keçirilib və müxtəlif sahələrdə əməkdaşlığın fəal şəkildə davam etdirilməsinə hazırlıq ifadə olunub.

Görüşün sonunda tərəflər hüquq-mühafizə sahəsindəki tərəfdaşlığın birgə səylər nəticəsində daha da dərinləşdiriləcəyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR