Bank Of Baku

ARDNŞ-da Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndələri ilə görüş keçirilib

ARDNŞ-da Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndələri ilə görüş keçirilib
# 26 aprel 2013 07:38 (UTC +04:00)

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə KSQT-nin və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən bu regional seminarın xüsusi əhəmiyyətindən söhbət açılıb, belə tədbirlərin kimyəvi maddələrdən sülh məqsədləri üçün istifadə üzrə beynəlxalq əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb. 


ARDNŞ-ın «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycanda kimya və neft kimyası sənayesinin son illərdə inkişafı, Qaradağda inşa ediləcək yeni Neft-kimya kompleksi, Sumqayıtda tikintisinə başlanılmış Kimya sənaye parkı və Karbamid zavodlarının perspektiv imkanları, onların Azərbaycanın və regionun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyəti barədə məlumat verib. ARDNŞ-ın Türkiyədə ən böyük aktivi olan «Petkim» şirkətinin dünyanın neft-kimya bazarında mövqeyinin ildən-ilə möhkəmlənməsi və s. barədə də görüş iştirakçıları məlumatlandırılb. 

Öz növbəsində A.Üzümcü Bakıda keçirilən regional seminarın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, bu tədbirdə ARDNŞ strukturlarının fəal iştirakından məmnun qaldığını ifadə edərək, dünyada sülhün və sabitliyin qorunması üçün rəhbərlik etdiyi beynəlxalq təşkilatın öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR