APA-nın Türkiyə bürosunun məlumatına görə, təməli 25 oktyabr 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən atılan ARDNŞ-ın İzmirin Əliağa yarımadasındakı neftayırma zavodu layihəsinin inşaat, mühəndisli və tədarük sazişinin imza mərasimi keçirilib.
Mərasimdə çıxış edən “SOCAR Turkey” şirkətinin rəhbəri və «Petkim» İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib ki, ARDNŞ-ın Türkiyə Ege Neftayırma Zavodunun (
Yeni layihədə işlərin İspaniya, İtaliya, Cənubi Koreya və Yaponiya firmalarının daxil olduğu beynəlxalq konsorsium tərəfindən həyata keçiriləcəyini deyən K.Yavuz bu prosesdə təxminən 3 mlrd. dollar kreditdən istifadə ediləcəyini açıqlayıb. ARDNŞ neftayırma zavodunun layihə gücü ilə işləməyə başlamasından sonra ildə 10 mln. on neft məhsulu istehsal edəcəyini xatırladan K.Yavuz bunun sayəsində Türkiyənin illik cari kəsirində 2,5 mlrd. dollar azalma olacağını, bunun da Azərbaycanın Türkiyəyə birbaşa investisiyaları sayəsində mümkün olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən ARDNŞ-ın sərmayələr idarəsinin rəisi, “Petkim” İdarə Heyətinin sədri Vaqif Əliyev 2018-ci ilə qədər Azərbaycandan Türkiyəyə 17 mlrd. dollarlıq birbaşa investisiya qoyulacağını bildirib: “25 oktyabr 2011-ci ildə möhtəşəm bir mərasimlə təməlini atdığımız
İmzalanma mərasimində beynəlxalq konsorsiumun təmsilçiləri də yeni layihə ilə bağlı fikirlərini bölüşüblər. Mərasimdən sonra APA-ya açıqlama verən V. Əliyev bildirib ki, ötən ilin dekabrında layihənin inşaat mərhələsi üçün tender elan olunub: “Tenderdə qalib gələn TR-SAİPEM-GS-İTOCHU konsorsiumunun təmsilçiləri ilə 5 aydan bəri danışıqlar aparırdıq. Danışıqlar bir neçə gün əvvəl bitdi və bu gün sizin də iştirakınızla imza mərasimini keçirdik. Konsorsium 51 ayda bütün işləri bitirərək neftayırma zavodunu bizə tam şəkildə təhvil verəcək. Türkiyənin illik 10 mln. ton həcmi olan ən böyük neftayırma zavodunun 51 aydan sonra açılışını etmək bundan sonrakı ən böyük hədəfimizdir”.