Bank Of Baku

ARDNŞ-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri sığortalanıb

ARDNŞ-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri sığortalanıb
# 08 fevral 2013 15:15 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. “SOCAR Ukraine” şirkətlər qrupu və “Qarant-Avto” sığorta şirkəti bir neçə sığorta proqramı üzrə əməkdaşlıq haqqında saziş imzalayıb.

 

APA-Economics”in xəbərinə görə, sazişin şərtlərinə əsasən şirkətin Ukraynadakı bütün əmlakı, habelə “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri 2013-cü ildən etibarən sığortalanıb.

 

KASKO və OSQPO proqramları üzrə sığortalama şirkətin minik və yük avtomobilləri parkına, o cümlədən benzin daşıyan maşınlara, yedəkçilərə, təhlükəli yüklərə və obyektlərə şamil ediləcək.

 

“SOCAR Ukraine” və “Qarant-Avto” gələcəkdə tərəfdaşlıq proqramları və birgə aksiyalar istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

 

Qeyd edək ki, “SOCAR Ukraine” şirkətlər qrupu 2009-cu ildən etibarən “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsini inkişaf etdirir. Hazırda şirkətlər qrupu 65 YDM-in aktivlərini idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR