Bank Of Baku

ARDNŞ-in vitse-prezidenti: «BP, «Statoil» və «Total» şirkətlərinin TANAP layihəsinə qoşulması ilə bağlı danışıqlar davam edir»

ARDNŞ-in vitse-prezidenti: «BP, «Statoil» və «Total» şirkətlərinin TANAP layihəsinə qoşulması ilə bağlı danışıqlar davam edir»
# 05 iyun 2013 13:32 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün çəkiləcək Trans-Anadolu boru kəmərinin (TANAP) ilkin ötürücülük qabiliyyəti ildə 16 mlrd. kubmetr olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

 

Onun sözlərinə görə, 2023-cü ildə TANAP kəmərinin buraxılış gücünün ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur. İlk dövrdə kəmərlə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetrinin Avropaya, 6 mlrd. kubmetrinin isə Türkiyəyə çatdırılması planlaşdırılır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

 

S.Qasımov bildirib ki,  BP, «Statoil» və «Total» şirkətləri TANAP  layihəsinə qoşulmaq istədiklərini bildirib: «Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir».

 

Qeyd edək ki, Azərbaycanda hasil edilən qazın Türkiyə ərazisi ilə Avropaya nəql edilməsinə dair 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə hökumətlərarası müqavilə imzalanıb. Uzunluğu 2 000 km olacaq TANAP kəmərinin inşası layihəsinin iştirakçıları ARDNŞ, «BOTAŞ» və TPAO şirkətləridir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR