Bank Of Baku

ARDNŞ prezidenti: “Azərbaycanda perspektivli qaz yataqları çoxdur” - APA TV

ARDNŞ prezidenti: “Azərbaycanda perspektivli qaz yataqları çoxdur” - <span style="color: red;">APA TV
# 05 iyun 2013 07:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycanda perspektivli qaz yataqları çoxdur. İki ildir biz “Ümid” və “Abşeron” yataqlarını kəşf etmişik və orada iş aparılır. Bu iki yatağın ehtiyatları 600 milyard kubmetri ötür”. APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən “Neft və Qaz Forumu” tədbirində jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, gələcəkdə TANAP kəməri ilə nəql olunacaq Azərbaycan qazının Avropaya ötürüləcəyinə ümid edir.


R. Abdullayevin sözlərinə görə, “Babək” qaz yatağında da işlər proqram üzrə aparılır: “Biz artıq qazma qurğularının da tikintisinə başladıq. Perspektivli strukturlarda əsas kəşfiyyat işləri aparılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR