Bakı. Aynur. Əliyeva – APA-Economics. Azərbaycanda səfərdə olan Rusiyanın «Rosneft» şirkətinin prezidenti İqor Seçin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevlə görüşüb.
«APA-Economics»in Rusiyanın «Rosneft» neft şirkətinin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, «Rosneft» rəhbəri İ.Seçin görüş zamanı regionun inkişafında ARDNŞ-in aparıcı rolunu vurğulayıb. O, iki şirkətin məhsuldar əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, «Rosneft» prezidenti İ.Seçin Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə də görüşüb.