Bank Of Baku

ARDNŞ və Dünya Bankı səmt qazının yandırılmasının azaldılması ilə bağlı əməkdaşlıq sazişi imzalayıb

ARDNŞ və Dünya Bankı səmt qazının yandırılmasının azaldılması ilə bağlı əməkdaşlıq sazişi imzalayıb
# 04 fevral 2013 13:51 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, sənədi ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə və Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar.

 

GGFR səmt qazının məşəllərdə yandırılması və havaya buraxılmasının azaldılması məqsədilə neft istehsal edən ölkələr və aparıcı neft şirkətlərinin birgə tərəfdaşlığıdır. ARDNŞ 2008-ci ildə Tərəfdaşlığa qoşulduqdan sonra Səmt Qazının Azaldılması Planını hazırlayaraq icrasına başlayıb. Planın icrası nəticəsində gündə 500 kubmetrdən artıq səmt qazının toplanması və istifadəçilərə çatdırılmasına nail olunub, bununla da 8 mln. ton CO2 (karbon dioksid) qazı ekvivalentində zərərli qazların havaya tullanmasının qarşısı alınıb.

 

«Azərbaycan Dövlət Neft Şirkəti GGFR-in regionda əsas tərəfdaşlarından biridir. Şirkət səmt qazının yandırılmasının həcminin azaldılması və səmt qazının istehlakçılara çatdırılması məqsədilə bir sıra layihələr həyata keçirib. Ötən ilin noyabr ayında Londonda keçirilən GGFR Qlobal Forumu zamanı ARDNŞ-in GGFR ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr «Award of Excellence» mükafatı ilə təltif olunub», - deyə L.Lesçenko bildirib.

 

Əməkdaşlığın yeni mərhələsinin bir hissəsi kimi GGFR səmt qazının yandırılmasının azaldılması üzrə əməkdaşlıq, xüsusilə dənizdə yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) neft yatağından ayrılan səmt qazının mümkün işlənilməsi ilə bağlı ARDNŞ ilə dialoqunu davam etdirəcək. ARDNŞ bu Tərəfdaşlıqla birlikdə səmt qazının yandırılması və havaya buraxılması üzrə ölçmə proseduraları və hesabat sistemləri üzrə imkanlarını genişləndirəcək. Eyni zamanda, GGFR mövcud qaz yandırılmasının azaldılması haqda qanunvericilik və tənzimləmə mexanizmlərini daha da inkişaf etdirmədə ARDNŞ və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yardım edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR