Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan NATO Baş Katibinin müavini Qabor İklodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
«APA-Economics»in məlumatına görə, görüşdə ARDNŞ prezidenti hazırda enerji təhlükəsizliyinin qlobal problemlərdən biri olduğunu qeyd edərək, Azərbaycanın yeni neft strategiyası çərçivəsində bu istiqamətdə həyata keçirilən aktual neft-qaz layihələri barədə qonaqlara məlumat verib. Azərbaycanın bütün region üçün nümunəvi ölkəyə çevrildiyini bildirən Q.İklodi NATO ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişaf etməsini müsbət qiymətləndirib. NATO rəhbərinin müavini bildirib ki, Şimali Alyans ölkələri üçün qaz mənbələrinin diversifikasiyası mühüm məsələlərdəndir.
Azərbaycanın qədim neft diyarı olduğunu və ölkə neftçilərinin dünya neft sənayesinə böyük töhfələr verdiyini diqqətə çatdıran ARDNŞ prezidenti Avropanın enerji təhlükəsizliyi konsepsiyasında Cənub Qaz Dəhlizi layihəsinin önəmini qeyd edib və layihənin gerçəkləşməsi istiqamətində aparılan tədbirlərdən danışıb. R.Abdullayev bildirib ki, Azərbaycan təbii qazının Avropa ölkələrinə nəqli üçün boru kəməri marşrutunun seçilməsi məsələsi artıq son mərhələyə qədəm qoyub. Bu məqsədlə Azərbaycan və Türkiyənin təklif etdikləri TransAnadolu qaz boru kəməri (TA